Sabunçuda avtomobil 17 yaşlı piyadanı vurub
04 Mart 2011 Cümə 06:36
Xəstəxanaya çatdırılan yaralının vəziyyəti orta ağırdır
Ötən gecə Sabunçu rayonunda piyadanını vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Sabunçu qəsəbəsində Fərhad Rüstəmov idarə etdiyi “Vaz 21015” markalı nəqliyyat vasitəsi ilə yolu keçmək istyən piyada 17 yaşlı Kənan Mahmudovu vurub. Qəzadan sonra yaralı hadisə şahidlərinin köməkliyi ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıb.

Xəstəxananın həkimi İmdad Hümbətov kəllə beyin travması ilə gətirilən yaralının vəziyyətinin ağır olduğunu deyib: “Kənanın daxil olarkən vəziyyəti ağır olub. Qapalı kəllə beyin tramması baş beyin silkələnməsi diaqnozu ilə daxil olub. Huşu özündə olmayıb. Vəziyyəti orta ağırdır”.

Qəzadan sonra sürücü Fərhad Rüstəmov Sabunçu rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Qəzanın səbəbləri müəyyən edilmiş avtotexniki və tibbi ekspertizalardan sonra məlum olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar