Hadisə

Sabunçu sakini oğlunun gözü qarşısında qətlə yetirilib

Bakı. Şəhriyar Əlizadə - APA. Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.

· Xəbərçi
Sabunçu sakini oğlunun gözü qarşısında qətlə yetirilib


Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsindən APA-ya verilən xəbərə görə, rayon sakini Əlirza Ələsgərov bacısının həyat yoldaşı Əbdül Dadaşov tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Hadisə Əlirza Ələsgərovun azyaşlı oğlunun gözü qarşısında baş verib. İlkin məlumatlara görə, onların arasındakı mübahisəyə borc pul səbəb olub. Hazırda istintaq davam etdirilir.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Şərhlər