Sabunçu rayonunda 2 azyaşlı uşaq xilas edildi
16 Fevral 2015 Bazar Ertəsi 05:22
Mənzilin qapısı açılaraq uşaqlar xilas edilib və aidiyyəti üzrə təhvil veriliblər.
Bakının Sabunçu rayonunda evdə köməksiz qalan 2 azyaşlı uşaq xilas edilib.

ANS PRESS-in FHN-nin saytına istinadən verdiyi məlumata görə, azyaşlılar yaşadıqları evdə bağlı qapı arxasında qalıblar.

Hadisə yerinə dəral Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri cəlb olunub.

Xilasedicilər mənzilin giriş qapısını açaraq uşaqları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 02:57-də başa çatmışdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar