Şabranda "Nissan" "QAZel"in benzin çəninə çırpıldı
23 Avqust 2011 Çərşənbə Axşamı 18:16
Sürücülərdən biri yanaraq xəstəxanaya aparılıb
Azərbaycanın Şabran rayonunda iki maşın toqquşub. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hadisə Qəndob-Yalama yolunun 5-ci kilometrliyində baş verib.
Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsinin müstəntiqi Arzu Əliyevin məlumatına görə, Xaçmaz rayon sakini Ramin Ağacanov “Nissan Qaşqay” markalı maşını idarə edərkən qarşıda hərəkət edən 64-BA-715 dövlət nömrə nişanlı “QAZel” markalı yük maşınının benzin çəninə dəyib. Nəticədə benzin çəni dərhal alışaraq partlayıb, hər iki maşın yanaraq tam yararsız hala düşüb. R.Ağacanov canını xəsarətsiz qurtarsa da yük maşınının sürücüsü müxtəlif dərəcəli xəsarətlər alaraq mərkəzi xətəxanaya çatdırılıb.
Hadisənin kimin səhvi ucbatından baş verdiyi polis tərəfindən araşdırılır.
DOSTLARINLA PAYLAŞ: