Sabirabad. Əlibəy Zeynalov - APA. Sabirabad rayonunda ölümlə nəticələnən yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Sabirabad Yanğından Mühafizə Hissəsinin rəisi Əlirza Həmzəyevin
APA-nın Mil-Muğan bürosuna verdiyi məlumata görə, yanğın dekabrın 5-də saat 20.55 radələrində Sabirabad rayon mərkəzində, İ. İsgəndərov küçəsi 26 ünvanında fərdi yaşayış evində qeydə alınıb. Dərhal hadisə yerinə gedən yanğınsöndürmə briqadası alovu söndürsə də, yanğın zamanı iki nəfər dünyasını dəyişib.
Ümumi sahəsi 200 kvadrat metr olan mənzilin 96 kvadrat metri yanıb. Yanğın nəticəsində evin sahibi, 1926-cı il təvəllüdlü Aslan Babaşov tüstüdən boğularaq, onun nəvəsi, 2007-ci il təvəllüdlü Babaşov Vüqar Ramil oğlu isə yanaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.