Hadisə

Sabirabadda qohumlar arasında atışma ölümlə nəticələnib

Rayonun Qalağayın kənd sakini hadisə yerində dünyasını dəyişib.

· Xəbərçi
Sabirabadda qohumlar arasında atışma ölümlə nəticələnib
Bu gün axşam saat 20:15 radələrində Sabirabad rayonunda bir nəfərin ölümü ilə nəticələnən qətl hadisəsi baş verib. Rayonun Qalağayın kəndində bibioğlu ilə dayıoğlu arasındakı münaqişə ölümlə nəticələnib. Kənd sakinlərinin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə zamanı Möhübbət adlı kənd sakini öz qohumu Elşad Bədəlovu odlu silahdan atəş açmaqla qətlə yetirib. İlkin məlumata görə, tapançadan açılan atəş nəticəsində Elşad Bədəlov elə hadisə yerində dünyasını dəyişib. Onların mübahisəsinin nə ilə bağlı olması isə hələlik məlum deyil.

Sabirabad rayon polis şöbəsindən ANS PRESS-ə verilən məlumatda hadisə yerinə əməliyyat qrupunun göndərildiyi və faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılacağı bildirilib. ANSPRESS

Şərhlər