Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polisi İdarəsinin müstəntiqi Vaqif Nəcəfovun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə bu gün 16.00 radələrində qeydə alınıb.
"VAZ-2106" markalı maşın qarşıdan gələn "VAZ-21011" markalı maşınla toqquşub. Hadisə zamanı "06"nın sürücüsü hadisə yerində ölüb, digər sərnişin isə ilkin müayinədən sonra evə buraxılıb.
Hadisənin hansı sürücünün səhvi ucbatından baş verməsi ekspertizalardan sonra məlum olacaq. ANSPRESS
Sabirabadda iki maşın toqquşdu: 1 ölü
Hadisə bu gün 16.00 radələrində baş verib.




Şərhlər