Mingəçevir şəhərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Dövlət Neft Şirkətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq sabah 26 avqust tarixində saat 10:00-dan 18:00-dək “Mingəçevir” Qazpaylayıcı Stansiyasından Mingəçevir şəhərinə gedən qaz kəmərində qaz təchizatı dayandırılacaq.
İşlər aparılan müddətdə Mingəçevir şəhərinə təbii qazın verilişində fasilələr yaranacaq.
Sabah Mingəçevirdə qaz olmayacaq
Təmir-bərpa işləri ilə əlaqədar olaraq Mingəçevir şəhərinə gedən qaz kəmərində qaz təchizatı dayandırılacaq




Şərhlər