Azərbaycanın Saatlı rayonunda qətl hadisəsi baş verib. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, ayın 11-ə keçən gecə rayonun Qaranuru kəndi ərazisində qeydə alınıb.
Kənd sakini, 30 yaşlı Rövşən Əliyev ov tüfəngi ilə 41 yaşlı Vüqar Kazımova baş nahiyəsindən atəş açıb. Nəticədə yaralı aldığı güllə yarasından yerindəcə keçinib.
Məlumata görə, artıq hadisədə şübhəli bilinən R.Əliyev saxlanılaraq Prokurorluğa təhvil verilib. Hazırda müstəntiq hadisənin nə səbəbdən baş verməsini araşdırır.
Faktla bağlı AR CM-nin 120.1(Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Saatlıda qətl hadisəsi baş verib
Qaranuru kənd sakini ov tüfəngi ilə 41 yaşlı Vüqar Kazımova baş nahiyəsindən atəş açıb




Şərhlər