Hadisə

Saatlıda ağır yol qəzası: 1 ölü, 3 yaralı

Saatlıda "BMW" markalı avtomaşınla "Kamaz" toqquşub.

· Xəbərçi
Saatlıda ağır yol qəzası: 1 ölü, 3 yaralı
Bu gün axşam saatlarında Saatlı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. “BMW” markalı avtomaşınla “Kamaz” markalı yük maşının toqquşması nəticəsində 1 nəfər dünyasını dəyişib, 3 nəfər isə ağır yaralanıb. Saatlı Mərkəzi rayon Xəsətəxanasının cərrahı Məmmədtağı Qarayevin ANS PRESS-ə verdiyi məlumata görə, qəza zamanı Cəlilabad rayon sakini Məlahət Nigar qızı Səfərova, Saatlı rayon sakini Zaur Rafiq Ağayev və Fəxriyyə Fərhad qızı İbadova ağır bədən xəsarətləri alıblar. Əsasən baş və bədənin müxtəlif nahiyyələrindən ağır xəsarətlər alan yaralıların hər üçü təcili şəkildə paytaxtdakı xəstəxanalara köçürülməlidirlər.

Qəza zamanı “BMW” markalı avtomobilin Sadiq adlı sürücüsü hadisə yerində dünyasını dəyişib. İlkin məlumata görə, “Kamaz” markalı maşının sürücüsü xəsarət almayıb. Saatlı rayon polis şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə saat 19:15 radələrində baş verib. Hadisə yerinə əməliyyat qrupu göndərilib və faktla bağlı araşdırmalar aparılır. ANSPRESS

Şərhlər