Ruslarla azərbaycanlılar arasında qan düşdü
24 Avqust 2011 Çərşənbə 12:22
Rostovda düşən dava nəticəsində 4 nəfər ağır yaralanıb
Rusiyanın Rostov-na-Donu şəhərində azərbaycanlılarla yerli sakinlər arasında dəhşətli dava düşüb. ANS PRESS-in “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Rostov vilayəti üzrə Baş İdarəsindən məlumat verilib.
Məlumatda hadisə nəticəsində 4 yerli sakinin yaralandığı bildirilir. Xəbərə görə, avqustun 23-ü Lenin meydanı ərazisində dava düşməsi ilə bağlı polisə məlumat daxil olub. Polis əməkdaşları hadisə yerinə gəldikdə orada döş, bud və əl nayihələrindən bıçaq xəsarəti almış 4 gənc olub. Bütün zərərçəkənlər təcili-tibbi yardım maşınları ilə şəhər xəstəxanasına çatdırılıb. Hazırda onların vəziyyəti ağır qiymətləndirilir.
Hadisədə şübhəli bilinən 22 və 25 yaşlı iki azərbaycanlı saxlanılıb. Polisin bildirdiyinə görə, gənclər arasında münaqişə etnik zəmində yaranıb. Hazırda onlar barəsində cinayət işinin qaldırılması məsələsi nəzərdən keçirilir.
DOSTLARINLA PAYLAŞ: