Rusiyadan Bakıya gələn avtobus qəzaya uğradı
15 Avqust 2011 Bazar Ertəsi 12:45
Təkəri partlayan maşın su arxına düşüb
Rusiyadan Bakıya gələn sərnişin avtobusu qəzaya uğrayıb. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hadisə bu gün səhər saat 06.00 radələrində Bakı-Quba beton yolunun 124-cü kilometrliyində Şabran rayonu ərazisində qeydə alınıb.
Tovuz rayon sakini 51 yaşlı Valeh Həmdəm oğlu Sadıqovun idarə etdiyi avtobus Şabran rayonu ərazisindəki Dəvəçiçay çayının üzərindəki görpünün üzərində olarkən nəqliyyat vasitəsinin ön sağ tərəfdəki təkəri partlayıb. Nəticədə sürücünün idarəetməni itirməsindən çıxan maşın beton yolun kənarında yağış sularının axması üçün nəzərdə tutulan arxa düşərək əyilmış vəziyyətdə qalıb. Hadisə zamanı iki nəfər, Manaf Sabir oğlu Alıxanov və Əfqan Allahverən oğlu Piriyev xəsarət alaraq xəstəxanaya aparılıblar. Digər sərnişinlərdən isə heç biri xəsarət almayıb.
DOSTLARINLA PAYLAŞ: