Hadisə

Rusiyadakı partlayış zamanı azərbaycanlı da yaralanıb

Ümumilikdə xəsarət alanların sayı isə 30-a çatıb.

· Xəbərçi
Rusiyadakı partlayış zamanı azərbaycanlı da yaralanıb
Rusiyada Şimali Qafqaz Federal Dairəsinin Pyatiqorsk şəhərində baş vermiş partlayış nəticəsində yaralananların sayı 30-a çatıb. Rusiya mətbuatının məlumatına görə, onların arasında bir azərbaycanlı da var. Bu, Qərib Mustafa oğlu Həsənovdur.

Xatırladaq ki, ötən gün yerli vaxtla saat 16.15 radələrində Rusiyanın Şimali Qafqaz Federal Dairəsinin paytaxtı Pyatiqorskda terror aktı baş verib. Şəhərdəki kafelərdən birinin qarşısında saxlanılan “VAZ-2106” markalı avtomobilin partladılması nəticəsində ilkin məlumatlarda 20 nəfərin yaralandığı bildirilirdi. ANSPRESS

Şərhlər