Rusiyada nurçuluğu yayan Azərbaycan vətəndaşı tutulub
08 Sentyabr 2011 Cümə Axşamı 16:48
Rəşid Abdulov 1 il müddətinə məhkum edilib
Ulyanovsk şəhərində “Nurçular” türk dini birliyinin bölməsini yaradan Azərbaycan vətəndaşı 1 il müddətinə islah işlərinə məhkum edilib. ANS PRESS-in “Lenta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federasiyası Baş Prokurorluğunun saytında məlumat verilib.

Qeyd edək ki, “Nurçular” dini birliyi 2008-ci ildən Rusiyada qadağan olunub.

Müəyyən edilib ki, 34 yaşlı Azərbaycan vətəndaşı Rəşid Abdulov “Nurçular” rəhbərliyinin göstərişi ilə Rusiyaya gəlib. O, Ulyanovskda “Camaat Risaləyi Nur” adlı bölmə yaradıb. Şəhər məscidinin 33 yaşlı imamı İlham Hisanutdinov və 24 yaşlı ali məktəblərdən birinin sənaye və mülki inşaat fakultəsinin tələbə Ayrat Axtyamov da bu dini icmaya üzv olub.

Abdulov, Hisanutdinov və Axtyamov gənclər arasında təbliğat işləri aparıb və məclislər təşkil edib. Onlar dinləyicilərini əmin edib ki, Rusiya tamamilə islamlaşdırılmalıdır.

İcma 2011-ci ilin yanvar ayının sonlarında dağıdılıb. Onun fəaliyyəti Cinayət Məcəlləsinin 282-ci (“Nifrət və düşmənçiliyin aşılanması, insanın ləyaqətinin alçaldılması”) və 282.2-ci maddələri üzrə (“Ekstremist təşkilatın fəaliyyətinin təşkili”) qiymətləndirilib.

Hisanutdinov və Axtyamov hüquq-mühafizə orqanlarından gizlənə biliblər və hazırda federal axtarışdadırlar.



DOSTLARINLA PAYLAŞ:

oyunlar