Rusiyanın Sverdlovsk vilayətində də meşə yanğını baş verib. Alov yerdə deyil, əsən küləklə ağacların arası ilə yayılıb. Bu da yanğınsöndürənlərin işini xeyli çətinləşdirib. aLov qısa vaxt ərzində 100 hektar meşə sahəsini məhv edib.
Hazırda Rusiyanın digər regionlarında da meşə yanğınları ilə mübarizədə təcili tədbirlər görülür. Ural, Sibir və Uzaq Şərq bölgələrində 200-dən çox yanğın ocağı fəal olaraq qalır. On minlərlə hektar ərazi alov içindədir. Alov bəzi yaşayış məntəqələrinə yaxınlaşıb. Yanğınsöndürmədə aviasiya da cəlb olunub.
Rusiyada meşə yanğınlarının sahəsi genişlənir
Sverdlovsk vilayətində güclü külək yanğına təkan verib




Şərhlər