Rusiyada tuğyan edən meşə yanğınlarının sahəsi son sutkalar 3 dəfə genişlənib. Yanğınların cənginə aldığı sahə 33 min hektardan 44 minədək artıb. Rusiya ərazisində ümumilikdə 445 meşə və 8 torf yanğını ocağı qeydə alınıb.
Fövqəladə hallar nazirliyinin məlumatına əsasən ötən illə müqayisədə yanğınların ümumi sahəsi 1.4 dəfə artıb. Ən ciddi vəziyyət isə Yakutiya, Buryatiya, Altay respublikaları, Xabarovsk, Zabaykal, Krasnoyarsk, Amur, İrkutsk, Kemerovsk, Novosibirsk, Tomsk, Tümen, Çelyabinsk, Kurqansk, Sverdlovsk vilayətlərində yaranıb.
Yanğınların söndürülməsinə 6266 nəfər və 1351 texnika cəlb olunub.
Rusiyada meşə yanğınlarının sahəsi 3 dəfə genişlənib
Yanğınların ümumi sahəsi ötən ildən 1.4 dəfə çoxdur




Şərhlər