Rusiyada meşə yanğınları genişlənir
22 Aprel 2011 Cümə 11:35
Alov 600 hektardan çox ərazini öz cənginə alıb
Rusiyanın Sibir bölgəsində meşə yanğınları davam edir. Son sutka ərzində yanğın sahəsi düz 2 dəfə artıb. Rusiya Fövqəladə Hallar Nazirliyi 30-a yaxın yanğın ocağının olduğunu, yanğının 600-dən çox hektar ərazini əhatə etdiyini bildirir.
Yaşayış məntəqələri üçün təhlükə yoxdur. Tomsk, Krasnoyarsk, Novosibirsk və Kemerovo vilayətlərində və Altay diyarında vəziyyət xüsusilə çətindir. Zabaykalye və Buryatiyada yanğınlar isə artıq nəzarət altına alınıb.
Meşə yanğınlarına səbəb kimi regionda hökm sürən anomal isti ilə yanaşı, insan ehtiyatsızlığı versiyası da nəzərdən keçirilir.
DOSTLARINLA PAYLAŞ: