Hadisə

Rusiyada meşə yanğınları davam edir

Dmitri Medvedev yanğınların söndürülməsinə məmurların göndəriləcəyi ilə hədələyib

· Xəbərçi
Rusiyada meşə yanğınları davam edir
Rusiyada davam edən meşə yanğınları 800 hektardan çox ərazini əhatə edib. Ümumilikdə 50 yanğın ocağı qeydə alınıb. Buryatiya, Krasnoyarsk və Zabaykalsk diyarları daha çox əziyyət çəkir.

Moskva regionunda yanğınların söndürülməsi üzrə iş təcili həll olunmasa, Rusiya hökumətinin məmurları yanğınları şəxsən söndürməyə gedəcək. Rusiya prezidenti Dmitri Medvedev meşə yanğınları ilə mübarizə məsələlərinə dair son iclasda bunu bildirib. Dmitri Medvedev bunun sonuncu xəbərdarlıq olduğunu da deyib.

Xatırladaq ki, ötən yay Rusiyada anomal istinin səbəb olduğu meşə yanğınları nəticəsində 200-dək yaşayış məntəqəsinə ziyan dəymiş, 3200-dək ev yanmışdı. Yanğınlar 12 milyard manatdan çox ziyan vurmuşdu.

Şərhlər