Rusiyada kürdlərlə yerli sakinlər arasında kütləvi dava olub
11 Avqust 2011 Cümə Axşamı 01:28
Davanın diskotekada “Ləzginka” sifarişi üstündə düşən mübahisədən başladığı bildirilir
Rusiyanın Saratov vilayətində kürdlər və yerli sakinlər arasında kütləvi dava olub. ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya KİV-i yazır. Hadisə vilayətin Perelyubsk rayonunun Çelinnıy qəsəbəsində baş verib.

Dava ilə bağlı fərqli ehtimallar mövcuddur. Ehtimallardan birinə görə, yerli sakinlərin narazılığına 90-cı illərin əvvəllərində Qırğızıstandan köç etmiş kürdlərin davranışı səbəb olub. O vaxt yerli hökumət kürdlərə yaşayış yeri və torpaq paylayıb. “Komsomolskaya pravda” qəzetinin məlumatına görə, son vaxtlarada yerli sakinlər və kürdlər yola gedirlərmiş. Lakin bir axşam qurşağadək çılpaq bir qrup sərxoş kürd qəsəbədəki diskotekaya gəlib. Onlar “Ləzginka” rəqsi sifariş ediblər. Rədd cavabı alan kürdlər skamyaları sındırmağa və “Çelinnıy Kürdüstanın paytaxtı olacaq!” qışqırmağa balşlayıblar. Bu davranış yerli sakin, keçmiş desant Yuri Nesterovun xoşuna gəliməyib. O, kürdlərdən birinin maşınına təpik vurub və şüşəsini sındırıb. Maşının sahibi həmin gün sussa da, keçmiş hərbçi səhəri gün öz avtomobilini də həmin vəziyyətdə aşkarlayıb.

Yuri Nesterov “gəlmələr”i "söhbət"ə çağırıb. “Biz cəmi dörd nəfər idik. Lakin 30-35 kürd dəmir parçaları ilə üstümüzə hücum etdi. Onlar bizim başımıza vururdular”, - Yuri Nesterov bildirib.

“Kürd milli-mədəni muxtariyyəti”nin sədri Koroğlu Əhmədov isə başqa ehtimal irəli sürüb. Onun sözlərinə görə, yerli sakinlər kürdlərə qarşı iddia ilə çıxış ediblər: “Onlar bildiriblər ki, kürdlər yerli sakinlərin torpağında yaşayırlar və buna görə haqq ödəməlidirlər. Kürdlər imtina ediblər. Yerli sakinlər silahla gəliblər. Kürdlər isə onları tərksilah ediblər”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar