Hadisə

Rusiyada iki terrorçu qətlə yetirilib

Hazırda hadisə yerində istintaq qrupu işləyir

· Xəbərçi
Rusiyanın güc strukturlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində terrorçu olduğu ehtimal edilən iki nəfər öldürülüb. ANS PRESS-in "İnterfaks"a istinadən verdiyi xəbərə görə, İnquşetiya hüquq-mühafizə orqanlarındakı mənbədən məlumat daxil olub.

Atışma polis əməkdaşlarının şübhəli avtomobili dayandırmaq istəyərkən baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları arasında həlak olan və xəsarət alanlar barədə xəbər verilmir. Hazırda hadisə yerində istintaq qrupu işləyir. Ölənlərin şəxsiyyəti artıq müəyyənləşdirilib.

Şərhlər