Rusiyada iki azərbaycanlı qrup şəklində zorlamada ittiham olunur
25 İyul 2011 Bazar Ertəsi 16:29
Hazırda Elvin Cabbarova qarşı ittiham irəli sürülüb, digər şəxs isə axtarışdadır.
Rusiyanın Alapayevski rayonunun Maxnevo qəsəbəsində 18 yaşlı qızı qrup şəklində zorlamada iştirak etdiyi ehtimal olunan 23 yaşlı azərbaycanlı Elvin Cabbarova qarşı ittiham irəli sürülüb. ANS PRESS Rusiya mətbuatına istinadən xəbər verir ki, istintaqın məlumatına görə, heç bir yerdə işləməyən E.Cabbarov cari ilin 14 iyun tarixində gecə saat 1-2 radələrində “Şans” mağazasının çardağında yerli Maxnevo sakini Ceyhun Abbasovla sövdələşərək tanış qızı zorlayıb.
Cinayəti törətdikdən sonra Elvin zərərçəkənin mobil telefonuna zəng edərək susmağı müqabilində 100 min rubl təklif edib, lakin qız polisə şikayət ərizəsi yazıb. Təqsirləndirilən hər iki şəxs cinayəti törətdikdən sonra gizləniblər. Lakin iyulun 22-si axşam saatlarında onlardan biri Nevyansk rayonunda yaxalanaraq həbs edilib.
Hazırda federal axtarışa verilən digər şəxsin olduğu yerin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.
Rusiya Federasiyası İstintaq Komitəsinin məlumatında xüsusilə qeyd olunur ki, Maxnevoda baş verən insidentdə siyasi və ya etnik zəmin yoxdur, bundan əlavə zərərçəkən onu zorlayan şəxslə guya tanış olub və əvvələr onunla hətta görüşüb də. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: