Rusiyada iki azərbaycanlı güllələnib
01 Fevral 2012 Çərşənbə 11:38
Ölən şəxslərin bir-birini güllələdiyi ehtimal edilir
Rusiyanın paytaxtı Moskvada iki azərbaycanlı qətlə yetirilib. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, hüquq mühafizə orqanlarının əməkdaşları odlu silahla öldürülən iki Azərbaycan vətəndaşının meyitini ötən gün aşkar ediblər.

Yanvarın 31-də saat 18:00 radələrində Saranskoy küçəsi ev 4 ünvanındakı binanın girişində başından və qarın nayihəsindən silahla vurulmuş 42 yaşlı Əliyev soyadlı azərbaycanlının meyiti tapılıb. O, son 5 ildə adıçəkilən ünvanda yaşayıb. Hadisə yerində ov silahından çıxan iki giliz, mərhuma məxsus olan “İJ” markalı travmatik tapanca da tapılıb.

Qətldə başqa bir azərbaycanlı – 52 yaşlı Osmanov soyadlı şəxs şübhəli bilinir ki, onun da döş qəfəsində atəş izi olan meyiti isə bu gecə hadisə yerinin yaxınlığında “Skoda Octavia” markalı avtomobildə aşkarlanıb.

Avtomobiləı baxış zamanı oradan "Bekas” markalı silah tapılıb. Əliyevin məhz bu silahdan açılan atəşlə qətlə yetirildiyi ehtimal edilir. İlkin versiyaya görə, Əliyev özü vurulmamışdan öncə həmyerlisini ölümcül yaralaya bilib. Digər versiyaya görə, isə Osmanov Əliyev qətlə yetiriləndən sonra öldürülüb.
Baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar