Rusiyada həbsdə olan İlyas İsmayılovun oğlu azad edilib
16 Avqust 2011 Çərşənbə Axşamı 15:56
O, 5 milyon rubl müqabilində azadlığa buraxılıb
Rusiyanın Çelyabinsk Mərkəzi Rayon Məhkəməsinin qərarına görə “Prodkorporasiyanın işi” üzrə ittiham olunan İlyas İsmayılovun oğlu Etimad İsmayılov 5 milyon girov müqabilində azadlığa buraxılıb. ANS PRESS-in “UralPolit.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə idarənin mətbuat xidmətindən məlumat verilib.
Onun əvəzinə girov isə ötən cümə - 12 avqust tarixində Fəxri Arif oğlu Həsənov tərəfindən qoyulub.
Xatırladaq ki, Etimad İsmayılov Rusiya Cinayət Məcəlləsinin “çirkli pulların yuyulması” və “dələduzluq” maddələri ilə təqsirli bilinərək, 8 il müddətinə azadlıqdan məhrum edilmişdi.
DOSTLARINLA PAYLAŞ: