Hadisə

Rusiyada azərbaycanlıdan rüşvət alan həkim həbs edildi

Psixiatr tibbi arayışlar üçün pul alırmış

· Xəbərçi
Rusiyanın Kazan şəhərində klinik psixiatriya xəstəxanasının həkim-psixiatrının Azərbaycan vətəndaşından nəqliyyat vasitəsini idarə etməyə yararlılıq haqqında arayış müqabilində rüşvət aldığı aşkarlanıb. Araşdırma zamanı həmin həkimin 2009-2010-cu illər ərzində müxtəli tibbi arayışların verilməsi üçün rüşvət alması ilə bağlı başqa faktlar da üzə çıxıb. Alınan rüşvətlərin məbləği 500-25 000 manat həcmində olub.

Hazırda həkimə qarşı 35 epizodla bağlı cinayət işi başlanıb, ilkin istintaq aparılır.

Şərhlər