Hadisə

Rusiyada azərbaycanlı məşuqəsini bıçaqlayıb

İmran Məmmədov törətdiyi cinayətə görə azadlıqdan məhrum edilib

· Xəbərçi
Rusiyada azərbaycanlı məşuqəsini bıçaqlayıb
Bu gün Rusiya Federasiyası Saratov vilayətinin Balakovski rayon məhkəməsi məşuqəsini bıçaqlamaqda şübhəli bilinən Azərbaycan mənşəli vətəndaşın cinayət işini nəzərdən keçirib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, 40 yaşlı İmran Avaz oğlu Məmmədov əvvəllər bir yerdə yaşadığı xanımı geri qaytarmaq üçün bu yola əl atıb.

Məlumata görə, İmranın təkidinə baxmayaraq, qadın geri qayıtmağa razılıq verməyib və nəticədə o, axırıncı yola əl atıb. İmran növbəti görüş zamanı üzərindəki bıçaqla qadının kürək nayihəsindən zərbə endirib. Zərərçəkən dərhal xəstəxanaya çatdırılıb. Lakin İmran burada da qadından əl çəkməyib və ondan polisə verdiyi şikayət ərizəsini geri götürməyini tələb edib.

Məmmədov qəsdən sağlamlığa yüngül xəsarət yetirmə, ölümlə hədələmə və təhqir etmə maddələri ilə ittiham olunub.

Prokuror köməkçisi Vasilisa Bunkovanın verdiyi məlumata görə, İmran Məmmədov günahını təkzib etməsinə baxmayaraq, 5 ay müddətinə azadlıqdan məhrum edilib.

Şərhlər