Rusiyada azərbaycanlı ehtiyac üzündən “işə düşdü”
19 Avqust 2011 Cümə 15:43
Həmyerlimiz qarajında təhlükəli maye saxlamaqda ittiham olunur
Rusiyanın Altay vilayətində insan həyatı və sağlamlığı üçün təhlükəsizlik tələblərinə cavab verməyən məhsulu satmaq məqsədi ilə saxlamaqda ittiham olunan azərbaycanlı saxlanılıb. ANS PRESS-in “Amitel” İnformasiya Agentliyinə istinadən verdiyi xəbərə görə, vilayətin Barnaul şəhər Prokurorluğu həmyerlmizə qarşı irəli sürülən ittiham qərarını təsdiq edib.

Prokurorluqdan verilən məlumata görə, istintaq tərəfindən müəyyən olunub ki, saxlanılan şəxs 21.12.2009 tarixindən 26.05.2010 tarixinədək maddi çətinlik hiss edərək istehlakçıların həyat və sağlamlığı üçün təhlükəsizlik tələblərinə cavab verməyən 5 litrlik spirttərkibli maye ilə dolu təqribən 408 plastik kanistr mənimsəyib. O əldə olunan “ehtiyatı” sonradan satmaq məqsədi ilə maşın qarajında saxlayıb.

Kanistrların böyük hissəsi texniki ehtiyaclar üçün nəzərdə tutulan və daxili tələbat üçün zərərli olan “DEM-94 dezinfeksiya dərmanları”ndan ibarət olub. Cinayət işi çərçivəsində qarajda aparılan axtarış zamanı hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən spirttərkibli maye aşraklanaraq götürülüb.
Hazırda cinayət işi mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar