Rusiyada Azərbaycan diasporunun lideri qətlə yetirilib
25 Aprel 2011 Bazar Ertəsi 10:45
Arif Şahverdiyevin meyiti ona məxsus kafedən tapılıb
Aprelin 24-də Rusiyanın Naxodka şəhəri üzrə Azərbaycan diasporunun lideri Arif Şahverdiyev naməlum şəxslər tərəfindən qətlə yetirilib. ANS PRESS-in RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Primorsk vilayəti üzrə İstintaq İdarəsi rəhbərinin böyük köməkçisi Avrora Rimskaya məlumat verib.
“Naxodka şəhərindəki Azərbaycan diasporunun lideri Arif Şahverdiyevin meyiti bazar günü mərhuma məxsus kafedə aşkar edilib. O, çoxsaylı bıçaq zərbələrindən dünyasını dəyişib”, - deyə o bildirib.
Onun sözlərinə görə, fakt üzrə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi üzrə (adam öldürmə) cinayət işi qaldırılıb. Bu cinayətə görə, 15 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.
“Hadisənin təhqiqatı ilə vilayət üzrə İstintaq İdarəsi məşğul olur. Hazırda müxtəlif versiyalar var və hamısı nəzərdən keçirilir”, - deyə Rimskaya bildirib.
DOSTLARINLA PAYLAŞ: