Rusiyanın Rostov vilayətində Stavropoldan Moskvaya hərəkət edən sərnişin avtobusunun minik avtomobili ilə toqquşması nəticəsində 19 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, qəza Stavropol-Rostov yolunda baş verib. Nəticədə avtobus yanı üstə düşüb. Avtobusda 26 nəfərin olduğu bildirilir. ANSPRESS
Rusiyada avtobus aşıb
Stavropoldan Moskvaya hərəkət edən sərnişin avtobusu minik avtomobili ilə toqquşub




Şərhlər