Hadisə

Rusiyada adam zorlayan azərbaycanlı Qubada tutuldu

Quba rayon sakini Rusiyada axtarışda olub.

· Xəbərçi
Rusiyada adam zorlayan azərbaycanlı Qubada tutuldu
Ruisyanın Rostov vilayəti Daxili İşlər İdarəsi tərəfindən axtarışda olan Quba rayon sakini Murad Rəhimov tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu, DİN Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mümkün olub.

Saxlanılan şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinini 131-ci (zorlama) və 132-ci maddələri (seksual xarakterli zorakılıq hərəkətləri) ilə axtarışda olub. ANSPRESS

Şərhlər