Rusiyanın Amur vilayətinin Blaqoveşensk şəhərində fövqəladə vəziyyət rejimi tətbiq edilib. Buna səbəb ötən gecə şəhərdə baş vermiş qasırğadır. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, qasırğanın davam etdiyi 13 dəqiqə ərzində 1 nəfər ölüb, 36 nəfər xəsarət alıb, demək olar ki, şəhərin yarısı dağılıb.
Bu gün Blaqoveşenskdə dağıdıcı qasırğanın nəticələri aradan qaldırılır. Ən son məlumatlara görə, 500-ə yaxın yaşayış evi işıqsız qalıb. Güclü külək ağacları kökündən qoparıb, evlərin damını uçurub. Avtomobillərə ziyan dəyib. Yollarda hərəkət bərpa olunub, lakin fövqəladə vəziyyət rejimi qalmaqdadır.
Rusiyada 13 dəqiqəlik qasırğa
Blaqoveşensk şəhərinin yarısı dağıldı




Şərhlər