Hadisə

Rusiya vətəndaşları Xaçmazda qəzaya uğradı

Bakı-Qusar yolunun Qəndob-Yalama hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

· Xəbərçi
Rusiya vətəndaşları Xaçmazda qəzaya uğradı
Bu gün saat 18:30 radələrində Bakı-Qusar yolunun Qəndob-Yalama hissəsinin 32-ci kilometrində ağır yol-nəqliyyat hadisəsi baş verib. ANS-in Şimal bürosunun verdiyi məlumata görə, Xaçmazın Müzəffəroba kəndinin ərazisində 4 nəfər Rusiya vətəndaşı qəzaya uğrayıb.

İlkin məlumatlara görə, onlar Bakının “Binə” Ticarət Mərkəzindən müxtəlif sənaye məhsulları alaraq Rusiyanın Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərinə aparırmışlar. Ancaq yüksək sürətlə idarə olunan “Azsamand” markalı avtomaşın kəndin ərazisindəki arxa düşüb. Xəsarət alanlar hazırda Xaçmaz Mərkəzi rayon Xəstəxanasının travmotologiya şöbəsinə yerləşdirilib.

Xəsarət alanların adları hələki məlum deyil. Faktla bağlı yerli hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. ANSPRESS

Şərhlər