Hadisə

Rusiya ilə İsrail arasında casus qalmaqalı

İsrailin hərbi attaşesi casusluq iddiası ilə Rusiyadan deportasiya olundu

· Xəbərçi
Rusiya ilə İsrail arasında casus qalmaqalı
İsrailin Rusiyanın paytaxtı Moskva şəhərindəki səfirliyində vəzifəli hərbi attaşe və müdafiə nümayəndəsi polkovnik Vadim Leyderman bu ölkədən deportasiya olunub. Məlumata görə, Leyderman ötən həftə Rusiya təhlükəsizlik qüvvələri trəfindən saxlanılaraq casusluq iddiası ilə sorğulanıb. Polkovnik Leyderman Moskva şəhərindəki restoranlardan birində toplantı keçirdiyi vaxt saxlanılıb və dindirildikdən sonra ona ölkəni tərk etmək üçün 48 saat vaxt verilib.

Qeyd edək ki, öz ölkəsində də təhlükəsizlik qüvvələri tərəfindən sorğulanan polkovnikin ruslar tərəfindən səhv başa düşüldüyü iddia olunub: “Rusiya tərəfi hərbi attaşenin bəzi məlumatlar əldə etmək üçün yerli agentlərdən istifadə etdiyini hesab edib”.

Şərhlər