Ruhi xəstə gördüyü yuxuya görə polisə düşdü
27 Aprel 2011 Çərşənbə 11:30
O, "partlayışın qarşısının alınması" üçün yuxudan oyanan kimi polisə məlumat verib...
Bakıda neft mədənlərinin partladılacağı ilə bağlı yalan məlumat aləmi bir-birinə qatıb. Milli.Az xəbər portalının məlumatına görə, aprelin 26-na keçən gecə naməlum şəxs Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək “Neft mədənlərini partladacaqlar” deyərək dəstəyi asıb.
Dərhal polis araşdırmalara başlayıb. Məlum olub ki, anonim zəng Qaradağ rayonu Ələt qəsəbəsindən edilib. Zəngi edən Adıgözəl Abdullayev müəyyənləşdirilərək saxlanılıb. Ruhi xəstə olan A.Abdullayev polisə deyib ki, neft mədənlərinin partladılacağını yuxuda görüb. Partlayışın qarşısının alınması üçün yuxudan oyanan kimi polisə məlumat verib.
Qaradağ rayon Polis İdarəsinin 11-ci bölməsindən Milli.Az xəbər portalına bildirildi ki, A.Abdullayev hazırda bölmədədir və yenə də "neft mədənləri partladılacaq" deyərək qışqırır.
Faktla bağlı Cinayət Məcəlləsinin terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə (216-cı) maddəsi ilə cinayət işi başlanıb.
DOSTLARINLA PAYLAŞ: