Roman Abramoviçin villasına həbs qoyuldu
08 Sentyabr 2011 Cümə Axşamı 04:14
Buna villanın qanunvericiliyə zidd inşa edilməsi səbəb olub
İtaliya polisi Sardiniyanın məşhur Porto-Çervo kurortunda rusiyalı milyarder Roman Abramoviçə məxsus “Cala di Volpe” villasına həbs qoyub. Məlumatı yerli KİV yayıb. “L'Unione Sarda” qəzetinin məlumatına görə, həbs orderini hakim Marko Krntu prokuror Eliza Kalligarisin təqdimatı ilə imzalayıb.

Dənih kənarında yerləşən villanın qapısına üzərində həbslə bağlı qərarın yazıldığı vərəqə yapışdırılıb. Vərəqədə bildirilir ki, həbsə tikinti zamanı sui-istifadə səbəb olub.

Hazırda Tempio prokurorluğu tikintinin milli və yerli qanunvericiliyə uyğun olub-olmadığını araşdırır. Xüsusilə, söhbət villanın ərazisindəki bəzi binaların hündürlüyündən gedir.

Roman Abramoviç “Cala di Volpe” villasını yerli həkimdən alıb. Lakin mülk “Çelsi” futbol klubunun sahibinə baş ağrısından başqa heç nə verməyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar