İtaliyanın paytaxtı Romanın mərkəzində yenə kütləvi iğtişaş baş verib. İtaliyalılar bu yolla sərt iqtisadi planın qəbuluna reaksiyalarını bildiriblər. Ötən gün Senat büdcənin 4 il ərzində təxminən 55 milyard avro azaldılması barədə qanun layihəsini qəbul edib. Hökumətin planları arasında vergilərin çoxaldılması, qadınlar üçün təqaüd yaşının artırılması və varlılar üçün əlavə verginin tətbiqi var.
Minlərlə etirazçı maneələri sökərək, Senatın binasına soxulmağa cəhd edib. Polis əməkdaşlarına fişəng, tüstü şaşkaları və yumarta atılıb. Polis qüvvələri kütləni parlamentin binasında uzaqlaşdıra bilib. Bundan sonra nümayişçilər baş nazir Silvio Berluskoninin iqamətgahına doğru istiqamət görütüblər. Lakin onlar hökumət rəhbərinə etirazlarını çatdıra bilməyiblər. Çünki iqamətgaha gedən bütün yollar polis avtomobilləri ilə bağlanıb.
Romada yeni kütləvi iğtişaşlar baş verib
Minlərlə nümayişçi zorla Senatın binasına girməyə çalışıb




Şərhlər