Hadisə

Reklam lövhəsi yapışdırmaq Gəncə sakininə baha başa gəldi

O, hündürlükdən yıxılaraq ölüb.

· Xəbərçi
Reklam lövhəsi yapışdırmaq Gəncə sakininə baha başa gəldi
Azərbaycanın Gəncə şəhərində bədbəxt hadisə baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 22-də Gəncə şəhərindəki Karvansaray yeməkxanasının yaxınlığında Tovuz rayon sakini Nemət Aslanov yolun kənarındakı reklam dayağına lövhə yapışdırarkən, onu elektrik cərəyanı vurub. Nəticədə N. Aslanov hündürlükdən yerə yıxılıb.

O, xəsarətlə xəstəxanaya yerləşdirilsə də həyatını xilas etmək mümkün olmayıb. ANSPRESS

Şərhlər