Ratko Mladiç bu gün Haaqa Tribunalı qarşısına çıxacaq
03 İyun 2011 Cümə 10:29
Ancaq məhkəmə iclasının təxirə salınacağı da istisna edilmir
Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunalın hərbi cinayətlərdə və soyqırımda ittiham etdiyi Bosniya serblərinin keçmiş lideri Ratko Mladiç bu gün Haaqa məhkəməsi qarşısına çıxacaq. İlk iclasda Ratko Mladiçə qarşı 90-cı illərdə Bosniya müharibəsi zamanı hərbi cinayətlərlə bağlı ittiham irəli sürüləcək. O, özünümüdafiə yolunu seçəcək - vəkilin köməyi ilə və ya müstəqil müdaifə olunmaq niyyətini açıqlayacaq. Tribunalın qaydalarına görə Mladiç cavab vermək üçün məhkəmədən 30 gün istəyə bilər. Ancaq məhkəmə iclasının baş tutmayacağı da istisna edilmir. Belə ki, Ratko Mladiç ötən gün səhhətinin pisləşməsi ilə əlaqədar Haaqada təcridxananın xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, mayın 26-da Serbiyanın Lazarevo kəndində həbs olunan Ratko Mladiç ötən gün Haaqaya ekstradisiya edilib. O, 1992-95-ci illərdə Bosniya müharibəsi zamanı Srebreniça kəndində etnik təmizləmələrin təşkilində günahlandırılır. Keçmiş general bu cinayətlərdə günahını rədd edir.
DOSTLARINLA PAYLAŞ: