Hadisə

Ramazanın ilk günü Türkiyədə üç şəhid

PKK terrorçuları növbəti dəfə hərbçiləri pusquya düşürüb

· Xəbərçi
Ramazanın ilk günü Türkiyədə üç şəhid
Türkiyənin Van vilayətində PKK terrorçuları tərəfindən pusquya düşürülən hərbi avtomobildə olan 3 hərbçi şəhid olub. ANS PRESS “Doğan” agentliyinə (DHA) istinadən xəbər verir ki, hadisə Vanın Başkale rayonunun Gedikbaşı kəndi yaxınlığında yerli vaxtla saat 16.00 (Bakı vaxtıyla 18.00) radələrində baş verib. İnsident nəticəsində daha 4 əsgər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Qeyd edək ki, insident vaxtı təsadüfən hadisə yerindən keçən Başkalenin mülki rəhbəri (Kaymakam) Bilgihan Bayer və onun cangüdəni yüngül xəsarət alıb. İnsidentdən sonra terrorçuların yaxalanması üçün ərazidə hərbi əməliyyatlar başlayıb.

Şərhlər