Ramazan bayramını 3 şüşə araqla qeyd edib intihar etdi
01 Sentyabr 2011 Cümə Axşamı 12:18
Onun meyitini 75 yaşlı anası tapıb
Azərbaycanın Xaçmaz rayonunda intihar hadisəsi baş verib. Rayon prokurorunun müavini Əlibaba Şahverənovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, hadisə dünən saat 17:00 radələrində Xudatın Mərkəzi Malikanə adlanan massivindəki taxta evlərdə baş verib.
42 yaşlı Bulutozərlər İsa Mehmet oğlu həyətindəki yardımçı təsərrüfatda özünü asaraq öldürüb. Onun meyitini birlikdə yaşadığı 76 yaşlı anası tapıb.
Hadisə yerinə polis və Prokurorluq orqanının əməkdaşları gələrək ilkin araşdırmalara başlayıblar. İlkin araşdırma zamanı məlum olub ki, mərhumun həyat yoldaşı İsa içkiyə həddən ziyadə meylli olub. O, iki il əvvəl uşaqlarını da götürərək Bakıya köçüb. Bundan sonra içkiyə daha çox aludə olub. Anasının verdiyi ifadəyə görə, oğlu hadisə olan gün, yəni avqustun 31-i 3 şüşə sipirtli içki içib. Ondan əvvəlki gün isə o, 4 süşəni boşaldıbmış.
Meyit ekspertizaya göndərilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: