Müqəddəs Ramazan bayramı güündə Bakının Xətai rayonunda intihar hadisəsi baş verib. Rayon Polis İdarəsinin 34-cü polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hələlik şəxsiyyəti müəyyənləşdirlməyən 20-25 yaşlı gənc oğlan özünü 9 mərtəbəli binadan yerə atıb
Məlumata görə, hadisə saat 11.20 radələrində rayonun M.Hadi küçəsi, 52 ünvanında qeydə alınıb.
Hadisə şahidləri ANS PRESS-ə bildiriblər ki, o, özünü binanın damından ataraq intihar edib.
Hazırda polis bölməsi və prokurorluq əməkdaşları hadisə yerinə gələrək ilkin araşdırmalara başlayıblar. ANSPRESS
Ramazan bayramında özünü 9-cu mərtəbədən atdı
Hadisə saat 11.20 radələrində Bakıda baş verib.




Şərhlər