Radko Mladiç Haaqa tribunalına təhvil verildi
01 İyun 2011 Çərşənbə 02:25
O, keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının təcridxanasında saxlanılır
Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı Bosniya serbləri ordusunun keçmiş komandanı Radko Mladiçin ona təşvil verildiyini rəsmən təsdiqləyib. Tribunalın yaydığı rəsmi məlumatda deyilir ki, 16 ildir beynəlxalq ədalət mühakiməsindən gizlənən Radko Mladiç keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının təcridxanasında saxlanılır. Onun saxlanma şəraiti ən yüksək beynəlxalq davranış standartlarına cavab verir.
Məlumatda deyilir ki, təcridxanada saxlanılanların ləyaqət və hüquqları qorunur və onlara müdafiə hazırlığı üçün lazımi şərait yaradılır. Tam tibbi müayinədən sonra Radko Mladiçin səhhətinə daim nəzarət ediləcək. Bosniya serbləri ordusunun keçmiş komandanı bundan əvvəl iki dəfə insult keçirib. O, müvafiq müalicə ilə də təmin ediləcək.
Radko Mladiçin hakim qarşısına çıxarılacağı vaxt bir müddət sonra elan ediləcək.
1996-cı ildən beynəlxalq ədalət ühakiməsindən gizlənən Radko Mladiçin həbs olunduğunu Serbiya prezidenti Boris Tadiç elan edib. Ötən gün BBC məlumat yaymışdı ki, guya, Radko Mladiçin də göyərtəsində olduğu təyarə Belqradı tərk edib və Haaqaya enib. Lakin Serbiya Ədliyyə Nazirliyinin dövlət katibi Slobodan Zomen bu məlumatı təkzib edib və bildirib ki, Radko Mladiçin Haaqaya ekstradisiyası təxminən bir həftə çəkə bilər.
Radko Mladiçi 1992-1995-ci illərdə Bosniya və Hersoqovinadakı müharibə zaman hərbi cinayətlərdə, eləcə də, 1995-ci ilin iyulunda Srebrenitsa şəhərində 8 min Bosniya müsəlmanına qarşı soyqırımında ittiham olunur.
DOSTLARINLA PAYLAŞ: