Radiasiya Yaponiyada yüzlərlə ölünün basdırılmasına imkan vermir
01 Aprel 2011 Cümə 02:32
Meyitlərin radiasiyaya uğraması həlak olanların qohumları, polis əməkdaşları və həkimlər üçün təhlükə yaradır
Radiasiya təhlükəsi Yaoniya hökuməti “Fukusima-1” AES bölgəsində 1000-ə yaxın meyiti toplamağa və dəfn etməyə imkan vermir. Məlumatı “Kyodo” agentliyi yayıb. “İnsanlar öldükdən sonra onların meyitləri radiasiyanın güclü təsirinə məruz qalıb”, - deyə polisdən agentliyiə bildiriblər. Bunu “Fukusima-1” AES-in beş kilometrliyində yerləşən Okuma qəsəbəsində həlak olanın meyitində yüksək radiasiya aşkarlayan ekspertlər də təsdiqləyirlər.

Hazırda Yaponiya hökuməti radiasiyaya məruz qalmış meyitlərlə bağlı hansı addımların atılmalı olduğunu müzakirə edir. Çünki, onların qohumlarının, polis əməkdaşlarının və həkimlərin radioaktiv təsirə məruz qalması təhlükəsi yaranıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar