Qvatemalada ardıcıl zəlzələlər baş verib, ölən var
20 Sentyabr 2011 Çərşənbə Axşamı 02:20
Zəlzələ Qvatemalanı Slvadorla birləşdirən avtomobil magistralında sürüşməyə səbəb olub
Qvatemalada üç güclü zəlzələ baş verib. Yeraltı təkanlar nəticəsində bir neçə yaşayış evi uçub, azı bir nəfər ölüb.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, ilk zəlzələ Bakı vaxtı ilə ötən saxşam saat 23.00-da ölkənin paytaxtı Qvatemala-Sitidən 41 kilometr cənub-şərqdə baş verib. İkinci, ən güclü zəlzələ isə saat 23.34-də qeydə alınıb və 5,8 bal gücündən olub. Onun episentri Kuilapa şəhərindən 19 kilometr şimal-şərqdə və Qvatemala-Sitidən 52 kilometr cənub-şərqdə yerləşib. Saat 00.17-də isə eyni regionda 4,8 bal gücündə zəlzələ baş verib.

Zəlzələ Qvatemalanı Slvadorla birləşdirən avtomobil magistralında sürüşməyə səbəb olub. Sürüşmə nəticəsində yolla hərəkət edən avtomobilin sürücüçü həlak olub.

Yeraltı təkanların episentrinə yaxın ərazilərdə bir neçə ev uçub. Yerli hökumət ictimai binalarda evakuasiyaya başlayıb, təhsil müəssisələrində dərslər ləğv edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar