Qusardakı qəzada ölən 25 yaşlı gənc polis olub
06 Oktyabr 2010 Çərşənbə 11:30
Sürücünün hadisə zamanı içkili olub olmaması araşdırılır.
Ötən axşam Qusar rayonunda baş verən yol-qəzasında faciəvi şəkildə ölən sürücü 25 yaşlı Elvin Murad oğlu Hacıbalayevin polis əməkdaşı olduğu məlum olub. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, Elvin Hacıbalayev Dəmir Yol Nəqliyyatında Polis Şöbəsinin Xaçmaz Xətt Polis Şöbəsinin Yalama bölməsinin əməkdaşı olub.

Qeyd edək ki, o, dünən saat 17.30 radələrində Qusar-Qalacıq yolunun 3-cü kilometrliyində, Balaqusar kəndi ərazisində idarə etdiyi “Mercedes” markalı avtomaşınla Xudat şəhəri istiqamətində hərəkət edərkən yolun kənarındakı yarımtikiliyə çırpılıb. Sürücü aldığı zərbədən hadisə yerində keçinib.

Hazırda faktla bağlı AR CM-nin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Sürücünün hadisə zamanı içkili olub olmaması araşdırılır.

Qeyd edək ki, qəza zamanı maşında polis əməkdaşının yaxın qohumu da olub. O, hadisə zamanı heç bir xəsarət almayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar