Hadisə

Qusarda şizofreniya xəstəsi özünü asdı

Rayonda ilin ilk intihar hadisəsi olub.

· Xəbərçi
Qusarda şizofreniya xəstəsi özünü asdı
Azərbaycanın Qusar rayonunun Gədəzeyxur kəndində intihar hadisəsi olub. Qusar rayon prokurorunun böyük köməkçisi Ceyhun Budaqovun ANS PRESS-ə verdiyi məlumata görə, bu barədə Prokurorluğa saat 10:45 radələrində rayon polis şöbəsindən məlumat daxil olub. Dərhal əraziyə polis və prokurorluq əməkdaşları yollanıb.

Kənd sakini 34 yaşlı Şöhrət Şirinağa oğlu Mözsümov yaşadığı evin həyətindəki yardımçı təsərrüfatda kəndirdən asılmış vəziyyətdə tapılıb. Araşdırmalar zamanı məlum olub ki, mərhum şizofreniya xəstəsi olub.

Qeyd edək ki, bu, rayonda ilin ilk intihar hadisəsidir.

Faktla bağlı araşdırma aparılır. ANSPRESS

Şərhlər