Qusarda kompüter mağazası qarət edildi
02 Mart 2011 Çərşənbə 22:16
Qusarda kompüter mağazası qarət edildi. Naməlum şəxslər "DNS Komputers"ə 4090 manat zərər vurub.
Qusar rayonunda “DNS Komputers”ə məxsus mağaza qarət edilib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hadisə fevralın 28-də səhər saat 04.00 radələrində baş verib. Naməlum şəxslər Qusar rayonu, Nurəddin Şərifov 16a ünvanında yerələşən mağazanın şüşəsini sındıraraq içəri daxil olub. Oradan ümumi dəyəri 4090 AZN məbləğində olan 5 ədəd kompüter oğurlayıblar.
Faktla bağlı Qusar rayon Polis İdarəsində cinayət işi qaldırılıb, oğruların tutulması istiqamətində axtarış-əməliyyat tədbirləri davam etdirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: