Qusarda kafe partladı: 2 yaralı
07 Mart 2012 Çərşənbə 12:54
Hadisə Samur keçid məntəqəsinin girəcəyində yerləşən “Gəncə” yeməkxanasında baş verib.
Azərbaycanın Qusar rayonunun Rusiya-Azərbaycan sərhədində, Samur keçid məntəqəsinin girəcəyində yerləşən “Gəncə” yeməkxanasında partlayış baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, partlayış kafenin mətbəxtində qaz sızması nəticəsində baş verib. Partlayış saha sonra yanğına keçib.

Kafenin 3 kvmetr sahəsi yanıb. Nəticədə kafedə çalışan Qusarın Yasaqoba kənd sakini 1967-ci il təvəllüdlü Reyhan Həmzə qızı yanıq xəsarətləri alıb. Səs-küyə gələn kafenin sahibi Abşeron rayon Ceyranbatan qəsəbə sakini 1959-cu il təvəllüdlü İlyas Eldar oğlu Zeynalov işçisini xilas etməyə çalışıb. Nəticədə o da yanıq xəsarətləri alıb.

Hadisə yerinə Fövqəlada Hallar Nazirliyinin Dövlət yanğından mühafizə xidmətinin, polis idarəsinin əməkdaşları və təcili yardımı xidmətinin həkimləri əməkdaşları gəlib. Hər iki şəxs yanıq xəsarətlərilə Qusar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qadının bədəninin 30 faizi yanıb. Hər iki yaralı daha sonra vəziyyətləri ağır olduğu üçün Bakıya göndərilib.

İlkin araşdırmalar nəticəsində partlayış qaz balonundan qaz sızması nəticəsində baş verib. Faktla bağlı araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar