Qusar rayonunda 8-ci sinif şagirdi intihar edib. Qusar Rayon Prokurorluğunun böyük müstəntiqi Aləmşah Şükürovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, hadisə rayonun Kuzun kəndində baş verib. İntihar edən isə 1995-ci il təvəllüdlü, kənd orta məktəbinin şagirdi Günay Nazim qızı Şahpazova olub. Məktəbli özünü evlərinin birinci mərtəbəsində yerləşən yardımçı tikilidə kəndirlə asıb.
Mərhumun atasının ANS PRESS-ə verdiyi məlumata görə, qızı ərköyün uşaq olsa da, heç bir problemi olmayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünüöldürmə həddinə çatdırma) ilə cinayət işi açılıb. İntiharın səbəbləri araşdırılır.
Aytəkin Alxaslı/ANS PRESS/