Hadisə

Qusarda 11 yaşlı uşaq Xan arxı kanalında batdı

Onun meyiti axtarılır.

· Xəbərçi
Qusarda 11 yaşlı uşaq Xan arxı kanalında batdı
Qusar rayonunda bədbəxt hadisə baş verib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, Qusarın Ləgərqışlaq kənd sakini, 9-cu sinifdə oxuyan 11 yaşlı Xəzər Rövşən oğlu Niyazov Samur-Abşeron kanalının yardımçı qolu olan Xan arxı kanalında çimərkən boğulub.

Hadisə yerinə rayon polisi və Fövqəladə Hallar Nazirliyinin Regional şöbəsinin xilasediciləri gələrək meyitin axtarışlarına başlayıblar. Kanalın suyu kəsilib. ANSPRESS

Şərhlər