Qusar sakini işə düzəltmək adı ilə külli miqdarda pul mənimsəyib
19 İyul 2010 Bazar Ertəsi 13:05
Qusar sakini ümumilikdə 7420 manat mənimsəyə bilib.
Qusar rayonunda mənimsəmə hadisəsinin üstü açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dələduzluq etdiyinə görə tutulan Musuq kənd sakini, Elnur Nəsrullayevin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun 6 həmyerlisinin etimadını qazanaraq onlardan ümumilikdə 4600 manat pul almaqla yanaşı, bu qəbildən olan digər əməllər törətməsi də üzə çıxıb.

Araşdırmalar zamanı məlum olub ki, o, 2009-cu ilin avqust-sentyabr ayları ərzində, Qusar rayon sakinləri, Ramil Poladov, İsmayıl Canağayev, Fərhad Şıxrəhimov, Balaca Balammətovun, Qurban Ağalarov, Mühiddin Həsənbəyov, Sərxan Salmanov, Teyfur Əlirzayev, Xaçmaz rayon sakinləri, Sahib Əliyev və Cavid İsrafilov etimadlarını qazanaraq, işə düzəldəcəyi adı ilə müvafiq olaraq ümumilikdə onlardan 7420 manat pul alıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma davam etdirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar